Play Store

Bakı-2017: Üzgüçülük komandamız üçüncü oldu

Bakı-2017: Üzgüçülük komandamız üçüncü oldu
18:55 17 May 2017
88 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında qadın üzgüçülərin 4X100 m kompleks estafet yarışında qaliblər müəyyənləşib.

Trend-in məlumatına görə, Fatimə Əlkərəmova, İlahə Raciyeva, Alsu Bayramova və Yuliya Stisyukdan ibarət yığmamız finalda 4:34.42 dəqiqə nəticə göstərərək bürünc medal qazanıblar.

Birinci yeri Türkiyə, ikinci yeri isə İndoneziya üzgüçüləri tutub.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2755910.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR