Ermənistan tərəfi yaşayış məntəqələrimizi və
mövqelərimizi atəşə tutmasını əks etdirən video və guya Azərbaycan
tərəfinin itkilər verməsi barədə məlumat yayıb. Ermənistan
Azərbaycanın raket zərbəsi ilə məhv edilən “OSA” zenit-raket
kompleksində şəxsi heyətin də məhv edilməsi faktını gizlədir.
Cənubi Çin dənizində böyük güclərin qarşıdurma ehtimalı güclənir.
Kremlin Ukraynada gözlənilməz “favorit”i məlum olub. Kiyev Donetsk
və Luqanskın öz nəzarəti altına qaytarılması üçün güc variantına
baxmır.
Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumata
görə, düşmən bölmələrinin cəbhənin Ağdam istiqamətində yaşayış
məntəqələrimiz və mövqelərimizi müxtəlif çaplı minaatanlardan
intensiv atəşə tutması barədə Müdafiə Nazirliyi tərəfindən bu gün
səhər saatlarında rəsmi məlumat verilib.
"Videonu yaymaqla Ermənistan təkcə mövqelərimizi deyil, eyni
zamanda yaşayış məntəqələrimizi də müntəzəm olaraq atəşə tutmasını
nümayiş etdirərək dinc azərbaycanlı əhaliyə qarşı öz çirkin
əməllərini davam etdirdiyini bir daha təsdiq etdi. Müdafiə
Nazirliyi bildirir ki, düşmən tərəfindən atəş nəticəsində dinc
əhali, Silahlı Qüvvələrimizin şəxsi heyəti arasında itki yoxdur və
döyüş texnikasına ziyan dəyməyib", - deyə MN-dən bildirilib.
Ermənistan Azərbaycanın raket zərbəsi ilə məhv
edilən “OSA” zenit-raket kompleksində şəxsi heyətin də məhv
edilməsi faktını gizlədir. Bu barədə erməni jurnalist
Tevos Arşakyan yazıb.
Qeyd edək ki, bir neçə gün öncə Azərbaycan Ordusu Ermənistana
məxsus “OSA” zenit-raket kompleksini məhv edib. Ermənistan tərəfi
raket kompleksinin vurulduğunu təsdiq etsə də, heç bir itki
vermədiklərini açıqlayıb.
Lakin erməni jurnalist İrəvanın yalan danışdığını deyir.
Ordumuzun düşməni məhv etdiyi AN - İrəvanın gizlətdiyi İTKİLƏR - VİDEO
“Azərbaycan Qarabağın münaqişəsinin nizama salınması
ilə bağlı Ermənistanın qarşısına son tələbini qoydu: sülh əvəzinə
ərazilərin qaytarılması”. Bu barədə erməni jurnalist
Naira Ayrumyan əldə etdiyi məlumatlara əsasən yazıb.
Erməni jurnalist Azərbaycan Ordusunun Ermənistana məxsus “OSO”
zenit-raket kompleksini vurmasının İrəvanda ciddi narahatlıq
yaratdığını deyib: “Son vaxtlar cəbhədə gərginlik artıb. Bakı
İrəvan qarşısına şərt qoyub: əsgərlərinizin ölməsini
istəmirsinizsə, rayonları qaytarın və qoşunları bölgədən
çıxarın”.
N.Ayrumyan rəsmi İrəvanın Bakının tələbi qarşısında susduğunu
bildirib.
“Ermənistan əraziləri qaytarmağa hazırdımı? Ermənistan üçün
indiki məqamda sülh əhəmiyyətlidir. Xarici işlər naziri Eduard
Nalbandyan bildirdi ki, Ermənistan danışıqlara hazırdır, çünki
bunun alternativi yoxdur. Lakin Bakının tələbi haqda heç nə demədi,
susdu. Bu, razılıq əlamətidirmi? Bununla yanaşı, “aprel
müharibəsi”ndən sonra İrəvan “ərazilərin qaytarılması əvəzində
Qarabağın müstəqilliyinin tanınması” şərtini irəli sürmüşdü.
Görünür, Ermənistan bu şərtini geri çəkib. İndi Bakı diktə edən
tərəf kimi çıxış edir”, - deyə erməni jurnalist vurğulayıb.
Ayrumyan Bakının İrəvan qarşısındakı SON TƏLƏBİNİ AÇDI: Ermənistanın məhvi üçün DARALAN ZAMAN
“Avropada, Rusiyada və ABŞ-da İsrailin dostları
Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşmasına imkan vermir. Bu
gün İsrail Ermənistanı İrandan sonra ikinci ən böyük düşməni hesab
edir”.
Bu barədə erməni politoloq İqor Muradyan Ermənistan üçün böyük
təhlükə adlandırdığı İsrail-Azərbaycan, eləcə də İsrail-Rusiya
münasibətləri haqda danışarkən bildirib.
“Bu proses İranla əlaqələr saxlayan Ermənistan üçün
təhlükəlidir. Yaxın dövrdə İsrailin bizim ölkəmizə hücumları, güclü
təzyiqləri baş verəcək. Nəticədə, Ermənistan tamamilə blokadaya
düşəcək. Bu, acınacaqlı son deməkdir. Halbuki, Ermənistan
hakimiyyəti Avropa İttifaqı ilə əlaqələrə önəm verərək, vəziyyətdən
çıxa bilərdi. Lakin bu baş vermədi”, - deyə Muradyan bildirib.
İsrail Ermənistana hücum edəcək – Düşmən ölkənin sonu olacaq PLAN
Çin hakimiyyəti Cənubi Çin dənizində Yunşudao
mübahisəli rifində Vyetnam sualtı gəmilərinin yaxınlaşmasına mane
olmaq üçün raket qurğusunu yerləşdirib. Çindən
verilən rəsmi məlumatda deyilir ki, Yunşudaoda yerləşdirilən raket
qurğuları xüsusi müdafiə xarakterini daşıyır və ölkə öz ərazisində
hər şeyi etməkdə haqlıdır.
Agentliyin məlumatına görə, ABŞ bunu dənizdə ön mövqelərin
hərbiləşdirilməsi adlandıraraq Pekinin hərəkətlərini tənqid
edib.
Hərbi mütəxəssislər son dövrdə regionda nüvə toqquşması riskinin
ciddi şəkildə artdığını vurğulayırlar.
Çin mübahisəli zonaya QOŞUN YERİTDİ, ABŞ hərəkətə keçdi - Supergüclər ÜZ-ÜZƏ
Brett Makkurkun rəhbərlik etdiyi ABŞ-ın xüsusi
nümayəndə heyəti Suriyanın Kobani şəhərində YPG, DSG və Kobani
kantonu nümayəndələri ilə görüşüb. ABŞ prezidenti
Donald Trampın İŞİD ilə mübarizə üçün yaradılan koalisiyasındakı
xüsusi nümayəndəsi Brett Makkurk terrorçu ilə eyni masada
əyləşib.
Kobaniyə səfər edən Makkurkun rəhbərlik etdiyi nümayəndə
heyətinin Türkiyənin başına 4 milyon lirə mükafat qoyduğu və
qırmızı xətlə axtarışda olan, kod adı "Şahin Cilo" olan PKK-lı
terrorçu Abdi Fərhad Şahin ilə eyni masada əyləşməsi diqqət
çəkib.
Brett Makkurk bu gün də davam edəcək görüşdə İŞİD-ə qarşı
aparılan mübarizə ilə əlaqəli müzakirələr aparıb.
Suriyada Bəşər Əsəd rejimi yeni dövlət qurma
bəhanəsilə milyonlarla suriyalını vətəndaşlıqdan çıxartmağa
hazırlaşır. Əsəd rejimi tərəfindən qəbul edilən yeni
qanunlar çərçivəsində suriyalılar vətəndaşlıqlarını itirmə
təhlükəsi ilə üz-üzə qalıb. Vətəndaşlıq hüquqlarını itirmək
istəməyən suriyalılardan yeni rejimi qəbul edib 2018-ci ilin sonuna
qədər yeni şəxsiyyət vəsiqələrini almaları tələb edilib.
Yeni qaydaya əsasən, təxminən 10,5 milyon suriyalı vətəndaşlıq
haqlarını itirəcək.
Kremlin Ukraynada gözlənilməz “favorit”i məlum
olub. Bunu ukraynalı hüquqşünas, Ukraynanın keçmiş
prezidenti Viktor Yanukoviçin Maydan hadisələrində iştirakı üzrə
işi aparan prokuror Aleksey Don deyib.
Onun sözlərinə görə, Kremlin Ukraynadakı “favorit”i bu ölkənin
keçmiş baş naziri Nikolay Azarovdur. Prokuror qeyd edir ki, Kreml
həmişə Ukraynanın keçmiş baş nazirinə Rusiyaya qaçmış sabiq
prezident Viktor Yanukoviçlə müqayisədə daha yaxın olub. Aleksey
Don qeyd edir ki, Azarov Yanukoviçlə müqayisədə daha rusiyayönlü
mövqe tuturdu.
O iddia edir ki, Yanukoviç Rusiya hakimiyyəti üçün hər hansı
maraq kəsb etmir.
Kreml onun qələmini qırdı: Putinin iqamətgahında GİZLİ GÖRÜŞ
Amerikann NBC News telekanalı ABŞ prezidenti Donald
Tramp və Rusiya Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrovun
danışığının detallarını aydınlaşdırıb. Telekanala
danışan Ağ Evdəki mənbələrin məlumatına görə, mayın 10-da Ağ Evdə
keçirilən görüşdə İŞİD terrorçularının təyyarənin içində terror
aktını təşkil etmək planlarından söhbət gedib.
Vaşinqton bu informasiyanı İsrail kəşfiyyatından (MOSSAD) alıb.
İsrail xüsusi xidmət orqanının əməkdaşı İŞİD-in içində işləyir.
İŞİD-in içərisinə yerləşdirilmiş İsrail agenti terrorçuların
planları haqqında Vaşinqtona məlumatlar verirdi. İndi o, ifşa
olunma təhlükəsi ilə üz-üzədir.
“Vaşinqton Post” qəzetinin yazdığına görə, prezident Donald
Tramp Rusiya xarici işlər naziri Sergey Lavrova onunla mayın 10-da
keçirdiyi görüşdə tam məxfi informasiyanı verib.
Moskva ABŞ Senatı və Konqresinə Rusiyanın xarici
işlər naziri Sergey Lavrov və ABŞ prezident Donald Trampın
danışıqlarının səs yazısını verməyə hazırdır. Bunu
Rusiya prezidenti Vladimir Putin İtaliyanın xarici İşlər naziri
Paolo Qentiloni ilə görüşün nəticələrinə həsr edilmiş mətbuat
konfransında deyib.
“Əgər Birləşmiş Ştatların administrasiyası arzu edərsə, biz ABŞ
Senatı və Konqresinə Trampla Lavrovun söhbətinin səs yazısını
verməyə hazırıq”, - Putin bildirib.
Putinin sözlərinə görə, ABŞ-da hansısa bir siyasi şizofreniya
inkişaf edir.
Kiyev Donetsk və Luqanskın öz nəzarəti altına
qaytarılması üçün güc variantına baxmır. Bunu
Ukraynanın müdafiə naziri Stepan Poltorak Almaniyanın “Deutsche
Welle” telekanalına müsahibəsində bildirib.
Eyni zamanda, nazir əmin olduğunu vurğulayıb ki, Donbasın işğal
altında olan əraziləri Ukrayna hakimiyyətinin nəzarətinə mütləq
qayıdacaq.
“Biz buna əminik. Donetsk və Luqansk Ukraynanın ərazisidir”, - o
deyib.
Aprel ayında Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının
katibi Aleksandr Turçinov Donbasda təhlükəsizlik güclərinin
hücumunu elan edib.
Rusiyaya qarşı müharibə planı ARXİVƏ ATILDI
Ömər Dağlı
Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida_tehlil/199177.htmlŞahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 0552252950 (Whatsapp)