IV İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən boks yarışlarında 60 kq çəki dərəcəsində finalçıların adları dəqiqləşib. Həlledici döyüşdə Azərbaycan da təmsil olunacaq.
Boks Federasiyasından Milli.Az-a verilən məlumata görə, yığmamızın üzvü Cavid Çələbiyev buna 1/2 finalda qazaxıstanlı Sultan Zaurbəyə qalib gəlməklə nail olub. O, rəqibini 4:1 hesabı ilə məğlub edib.
Dünya çempionumuz mayın 18-də baş tutacaq finalda iraqlı Ammar Karbalai ilə döyüşəcək.
Qeyd edək ki, Cavidə qədər Kamran Şahsuvarlı (75 kq) və Teymur Məmmədov (91 kq) da adını finala yazdırıb.
Milli.Az