Play Store

"Pinqvin"dən vida sözü: "Sevinməyin..."

"Pinqvin"dən vida sözü: "Sevinməyin..."
20:52 17 May 2017
Ölkə mətbuatı
A- A+

Türkiyənin məşhur "Pinqvin" jurnalı son nömrəsinin üz qabığını təqdim edərək, vida açıqlaması yayıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, son nömrənin üz qabığında jurnalın simvolu olan pinqvinin günəşə doğru uçması təsvir edilib və "hər şey üçün təşəkkürlər" yazılıb.

Sabah sonuncu sayı çıxacaq satirik jurnalın açıqlamasında deyilir:

"Bu macəra bitir, amma mütləq başqa macəralarda görüşəcəyik. "Penguen App" deyilən bir proqramımız var, orada əylənməyə davam edirik, sizi də gözləyirik. Həyatında heç vaxt oxumadıqları jurnalın bağlanmasına sevinənlər var, heç sevinməsinlər. Karikaturalara da, yumora da davam edəcəyik".

Qeyd edək ki, "Pinqvin" rəhbərliyi bir neçə gün əvvəl açıqlama yayaraq, maliyyə problemlərinə görə jurnalın fəaliyyətini dayandıracaqlarını açıqlamışdı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/545833.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR