Çempion taekvondoçumuzu dövlət başçısı mükafatlandırdı

Çempion taekvondoçumuzu dövlət başçısı mükafatlandırdı
21:24 17 May 2017
75 Digər
Ölkə mətbuatı
A- A+

Taekvondo üzrə Azərbaycan yığması Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında uğurlu çıxışını davam etdirir.

 

Apasport.az saytının məlumatına görə, bu gün Patimat Abakarova və Ayxan Tağızadənin ardınca Milad Beiqi Harçeqani də çempionluq sevinci yaşayıb.

 

Fəxri kürsünün ən yüksək pilləsinə yüksələn idmançımıza qızıl medalı ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev təqdim edib.

 

Daha sonra dövlət himnimizin sədaları altında bayrağımız dalğalanıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/274828

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR