Əfqanıstanın Nanqarxar əyalətinin Cəlalabad şəhərində dövlət televiziyasının binasına hücum edilib.
Metbuat.az-ın məlumatına görə, insident nəticəsində 6 nəfər ölüb, 18 nəfər yaralanıb. Dünyasını dəyişənlərdən 4-ü televiziya əməkdaşıdır.
Qeyd edək ki, artıq silahlılar zərərsizləşdirilib.
İŞİD terror qruplaşması hücuma görə məsuliyyəti öz üzərinə götürüb.