Aktyor Tolqahan Sayışmanla xanımı Almeda Abazi tədbirlərin birində görüntüləniblər.
Milli.Az axşam.az-a istinadən bildirir ki, libaslarının uyğunluğu ilə diqqət çəkən cütlük bütün baxışları üzərlərinə toplayıb. Sayışman libas seçimində xanımının böyük rolu olduğunu deyib:
"Geyimlərimi Almeda seçir. Evlənməzdən əvvəl çox tör-töküntülü idim, amma həyat yoldaşım məni yığıb-yığışdırdı. Maqazin mediasının təzyiqi ilə səliqləli biri oldum".
T.Sayışman sentyabrda yenidən ekranlaraq ayıdacağını da söyləyib:
"Dram janrında bir filmə çəkiləcəyəm. Çəkilişlər iyulda başalayacaq". Almeda isə həyat yoldaşının əksinə, Tolqahandan şikayətlənib:
"Futbolla bağlı şikayətim var. Tolqahan matç olanda özündən gedir. Mən heç bir futbol komandasının azarkeşi deyiləm, amma o fanatik "Fənərbağçalı"dır.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində