Türkiyədə hakim partiyanın nizamnaməsində dəyişiklik ediləcək

Türkiyədə hakim partiyanın nizamnaməsində dəyişiklik ediləcək
12:32 18 May 2017
66 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 18 may. REPORT.AZ/ Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) nizamnaməsində rəhbərliyə dair maddəyə əlavə və dəyişiklik ediləcək.
“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu AKP sədrinin müavini Hayati Yazıçı bildirib.
Onun sözlərinə görə, nizamnaməyə partiya sədrinin birinci müavini (başkan vəkil) maddəsi daxil ediləcək.
Fövqəladə qurultayda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın AKP-yə sədr, baş nazir və partiyanın keçmiş sədri Binəli Yıldırımın isə birinci müavin seçiləcəyi gözlənilir.
Qeyd edək ki, mayın 21-də AKP-nın fövqəladə qurultayı keçiriləcək. 

Xəbərin orijinal ünvanı: https://report.az/region/turkiyede-hakim-partiyanin-nizamnamesinde-deyisiklik-edilecek

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR