Bakı. Elmira Tariverdiyeva - Trend:
Ermənistan Azərbaycanın antierməni siyasətini neytrallaşdırmaq üçün beynəlxalq arenada daha fəal siyasət aparmalıdır.
Trend-in erməni mətbuatına istinadən məlumaıtna görə, bunu yeni seçilmiş parlamentin birinci iclasında çıxışında Ermənistan prezidenti Serj Sarkisyan deyib.
Onun sözlərinə görə, fəal siyasət Azərbaycan tərəfindən daim təşəbbüs göstərilən bəyannamə və layihələrin sayının azaldılması üçün lazımdır.