Azərbaycanda bu da oldu -

Metbuat.az saytının informasiya dəstəyi olduğu, Dünya TV-də yayımlanan "PAY" şou verilişinin "PİS VƏRDİŞLƏR" mövzusuna həsr edilmiş buraxılışında qonaq olan əyləncəli şoular ustası Rasim İsgəndərli "Fakir şousu" ilə tamaşaçıları təəccübləndirib.

Belə ki, şou zamanı bıcaqlar batırılmış taxtanı qarnına qoyaraq, verilişin müğənni qonağı olan Elariz Məmmədoğludan xahiş edib ki, taxtanın üstünə çıxsın. Elariz buna razı olmasa da, aparıcının onun üstünə çıxmasına köməklik edib.

Şou ərzində heç bir bədbəxt hadisə baş verməyib. Verilişin digər qonağı Avropa Psixoterapiya Assosiasiyasının həqiqi üzvü, tanınmış həkim-psixoterapevt, hipnoloq və seksoloq Şəmsəddin Babayev də maraqlı fikirləri ilə yadda qalıb.

Verilişin layihə rəhbəri və aparıcısı müğənni Nizami Nikbindir. Nəzərinizə çatdıraq ki, veriliş hər həftənin 2-ci günü saat 23:00-da efirə gedir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR