Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında 60 kq çəki dərəcəsində mübarizə aparan boksçuların mükafatlandırma mərasimi keçirilib.
Publika.az xəbər verir ki, mükafatlandırma mərasimində iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev qaliblərə medalları təqdim edib.
Bu çəkidə dünya çempionumuz Cavid Çələbiyev birinci olub.
Mükafatlandırmadan sonra Azərbaycanın Dövlət Himni səsləndirilib.
Foto: Nurlan Gülməmmədov