İki qızıl medal sahibi: Vətəndə qalib olmağın sevinci tam başqadır

İki qızıl medal sahibi: Vətəndə qalib olmağın sevinci tam başqadır
19:01 18 May 2017
53 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. Samir Əli - Trend:

Vətəndə təşkil olunmuş beynəlxalq yarışda iştirak edib qalib olmağın sevinci tam başqadır.

Trend-in məlumatına görə, bunu IV İslam Həmrəyliyi Oyunlarında paraatletika üzrə iki qızıl medal qazanmış Samir Nəbiyev Bakıda keçirilən Zəfər günləri çərçivəsində deyib: "Öz ölkəsində qızıl medal qazanmaq böyük qürur və fəxrdir. Bunu ancaq yaşayanlar bilər. Təşəkkür edirəm ki, bizə də bu yarışlara qatılmaq şəraiti yaratdılar. Doğrusu iki yox, bir qızıl medal gözləyirdim. Amma ikisini də qazandım".

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/sports/2756426.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR