Çin "İpək yolu" ölkələrinə 4 mlrd. dollar investisiya qoyub

Çin "İpək yolu" ölkələrinə 4 mlrd. dollar investisiya qoyub
19:07 18 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 18 may. REPORT.AZ/ Çin bu ilin ilk dörd ayı ərzində "Bir kəmər-bir yol" layihəsində iştirak edən 45 ölkə iqtisadiyyatına 3,98 mlrd. ABŞ dolları investisiya qoyub.
"Report" RİA agentliyinə istinadən xəbər verir ki, bu barədə "China Daily" qəzeti Çinin Kommersiya Nazirliyinin məlumatına əsasən bildirib.
Xəbərdə qeyd edilib ki, "İpək yolu" ölkələrinə sərmayə qoyuluşu Çinin məcmu investisiyasının 15,1%-ni təşkil edib. Ötən ilin analoji dövründə bu göstərici 8,2% olub. 
Statistikaya əsasən, bu dövr ərzində Çinin Pakistana investisiya qoyuluşu illik müqayisədə 1 674%, Şri-Lankaya 809%, Laosa 241% və Kambodcaya 63% artıb. Kommersiya Nazirliyinin məlumatına görə ilk 4 ayda Çin Özbəkistan, Laos, Pakistan və Kambodcada ən iri investor-ölkə statusu qazanıb. 

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/cin-i-pek-yolu-olkelerine-4-mlrd-dollar-investisiya-qoyub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR