Play Store

İranlı idmançılar da Bakıda İran prezidenti seçkilərində səs verirlər (FOTO)

İranlı idmançılar da Bakıda İran prezidenti seçkilərində səs verirlər (FOTO)
13:08 19 May 2017
75 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Fərhad Daneşvər - Trend:

Azərbaycanda yaşayan və hazırda ölkəmizdə olan İran vətəndaşları İran prezidenti seçkilərində fəal səs verirlər.

Bunu Trend-ə İran İslam Respublikasının Bakıdakı səfiri Cavad Cahangirzadə deyib.

Səfirin sözlərinə görə, seçkilərin nəticəsindən asılı olmayaraq, bu, Azərbaycan-İran münasibətlərinə müsbət təsir edəcək.

İran vətəndaşları ilə yanaşı, hazırda Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında iştirak edən 300 nəfərə yaxın iranlı idmançı da səsvermədə iştirak edir.

İran prezidentliyinə hazırkı dövlət başçısı Həsən Ruhani, Mustafa Ağa Mirsalim, İbrahim Rəisi və Mustafa Haşimi Taba namizədliyini irəli sürüb.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2756702.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR