Rusiyanın doqquz regionunda "quş qripi"nə yoluxmuş məhsul aşkarlanıb

Rusiyanın doqquz regionunda "quş qripi"nə yoluxmuş məhsul aşkarlanıb
16:12 19 May 2017
39 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 19 may. REPORT.AZ/ "Rosselxoznadzor" Rusiyanın doqquz regionunda hinduşka istehsal edən "Evrodon" şirkətinin məhsullarının "quş qripi"nə yoluxması faktını aşkarlayıb.
"Report" "Qazeta.Ru"ya istinadən xəbər verir ki, bu barədə "Rosselxoznadzor"dan bildirilib.
"Araşdırma nəticəsində Rusiyanın 9 subyektində - Kirov, Moskva, Rostov, Voronej vilayətlərində, Udmurtiya, Tatarıstan, Başqırdıstan respublikalarında, Krasnodar və Primorsk diyarında "quş qripi" ilə bağlı müsbət nəticələr əldə olunub. Aşkar edilən məhsulları ləğv olunmalıdır", - "Rosselxoznadzor"un bəyanatında deyilir.

Xəbərin orijinal ünvanı: https://report.az/region/rusiyanin-doqquz-regionunda-qus-qripi-ile-yoluxmus-mehsul-askarlanib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR