Avtomobil aşıb, xəsarət alanlar var

Avtomobil aşıb, xəsarət alanlar var
21:42 19 May 2017
55 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı-Qazax magistral yolunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Qazax rayonun Daş Salahlı kəndi ərazisində qeydə alınıb. "Toyota Prado" markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində iki nəfər, Ağstafa rayon Böyük Kəsik kənd sakini, 1983-cü il təvəllüdlü Şamilov Məhəmməd Ramiz oğlu və Gürcüstanın Rustavi şəhər sakini, 1980-ci il təvəllüdlü Qurbanov Rizvan Yusif oğlu müxtəlif bədən xəsarətləri alaraq Qazax Mərkəzi Diaqnostika Mərkəzinə yerləşdiriliblər.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR