Ancelina Colini arıqladan çay - RESEPT

Ancelina Colini arıqladan çay - RESEPT
21:52 19 May 2017
107 Ölkə
Ölkə mətbuatı
A- A+

Hollivud ulduzu Ancelina Coli gözəlliyi və incə bədən quruluşu ilə hər zaman diqqət çəkir. Deyilənə görə, aktrisa xüsusi çay vasitəsilə formada qalır. O, bu pəhriz çayını Afrikada olarkən öyrəndiyini söyləyib. Milli.Az ailem.az-a istinadən həmin çayın reseptini təqdim edir.  

Hazırlanma qaydası:
 
Təzə zəncəfilin qabığını soyun, üzərinə iki fincan su töküb qaynadın. 6 dəqiqə qaynadıqdan sonra içərisinə 2 diş əzilmiş sarımsaq, 2 çay qaşığı bal, 2 çay qaşığı limon suyu əlavə edin. Kənara qoyub soyumasını gözləyin. Çay soyuq halda içilir.
Bu çay piy qatlarının parçalanmasına, yağların qısa vaxt ərzində əriməsinə kömək olur. 
 
Çayı 3 həftə içib, eyni zamanda yoqa etməklə 11 kiloqram arıqlaya bilərsiniz. 
 
Hər gün ən az 1 dəfə içmək məsləhətdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/health/546525.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR