Play Store

Ucarda DƏHŞƏTLİ QƏZA: Piyadanı maşın vurdu, avtobus üstündən keçdi

Ucarda DƏHŞƏTLİ QƏZA: Piyadanı maşın vurdu, avtobus üstündən keçdi
01:23 20 May 2017
133 Ölkə
Ölkə mətbuatı
A- A+

Ucarda iki maşının iştirakı ilə vurulan piyada hadisə yerində ölüb.

Publika.az xəbər verir ki, hadisə axşam saatlarında Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Alpout kəndindən keçən hissəsində baş verib.

Sürücüsü hələlik məlum olmayan 20 DC 331 dövlət nömrə nişanlı "Skoda" markalı minik maşını yolu keçən piyada, rayonun Alpout kənd sakini, 1970-ci il təvəllüdlü Bayram Mirzəhüseyin oğlu Kərimovu vurub.

Şahidlərin sözlərinə görə, hadisə törədən sürücü zərərçəkənə kömək etmək istəsə də, Gəncə istiqamətdə yüksək sürətlə hərəkət edən "İkarus" markalı avtobus B. Kərimovun üstündən keçib və o, maşını saxlamayaraq hadisə yerindən qaçıb. Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/hadise/199481.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR