AZAL-ın Bakı-Ankara aviareysinin uçuş vaxtı sərnişinin xəstələnməsinə görə dəyişdirilib

AZAL-ın Bakı-Ankara aviareysinin uçuş vaxtı sərnişinin xəstələnməsinə görə dəyişdirilib
17:17 20 May 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 20 may. REPORT.AZ/ "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) bu gün saat 16:00 radələrində həyata keçirməli olduğu Bakı-Ankara aviareysi ləngiyib.
Bu barədə “Report”a Heydər Əliyev Beynəlxalq Hava Limanından bildirilib.
Məlumata görə, uçuşun yerinə yetirilməməsinə səbəb qadın sərnişinlərdən birinin ürəyində ağrı yaranması olub. Buna görə də, təyyarənin havaya qalxması ləngiyib.
Aviareysin 18:00 radələrində həyata keçiriləcəyi gözlənilir.
Qeyd edək ki, fotoları facebook-da “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu paylaşıb.



Xəbərin orijinal ünvanı: https://report.az/i-nfrastruktur/azal-in-baki-ankara-aviareysinin-ucus-vaxti-sernisinin-xestelenmesine-gore-deyisdirilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR