Play Store

İslamiada: Bağlanış mərasimindəki bayraqdarımız müəyyənləşdi

İslamiada: Bağlanış mərasimindəki bayraqdarımız müəyyənləşdi
22:18 20 May 2017
133 Digər
Ölkə mətbuatı
A- A+

IV İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimində Azərbaycan milli komandasının bayraqdarı cüdoçu Elxan Məmmədov olacaq.

Publika.az xəbər verir ki, dünya və Avropa çempionu Elxan Məmmədov “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının cüdo yarışlarında ölkəmizin aktivinə 20-ci qızıl medalı yazdırıb. O, həmçinin “Bakı-2017”də kişilər arasında cüdo üzrə komanda yarışında Azərbaycan millisinin heyətində İslamiadanın çempionu olub.

Elxan Məmmədov Azərbaycanı digər beynəlxalq yarışlarda da layiqincə təmsil edib.

Xatırladaq ki, İslamiadanın açılış mərasimində yığma komandanın bayraqdarı karate üzrə beşqat dünya, onqat Avropa, IV İslam Həmrəyliyi Oyunlarının ikiqat çempionu Rəfael Ağayev olub. (Azərtac)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/islamiada/199574.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR