Bakı. 21 may. REPORT.AZ/ Azərbaycanın basketbol üzrə (3x3) qadınlardan ibarət yığma komandası "Bakı-2017" IV İslam Həmrəylik Oyunların qızıl medallarını qazanıb.
"Report"un məlumatına görə, Aleksandra Mollenhauer, Tatyana Deniskina, Dina Ulyanova və Merseder Mari Uolkerdən ibarət heyət finalda Mali yığmasını 13:7 hesabı ilə məğlub edib.
Qeyd edək ki, bu idman növündə bürünc medala Türkmənistanı 13:8 hesabı ilə məğlub edən Türkiyə yığması yiyələnib.