İngiltərənin Mançester şəhərində baş verən terror aktını törədən 23 yaşlı Salman Abedi haqda yeni faktlar ortaya çıxıb.

Metbuat.az xəbər verir ki, valideynləri liviyalı olan Abedi Mançesterdə anadan olub.

23 yaşlı terrorçunun Liviyadan İngiltərəyə bir neçə gün öncə gəldiyi məlum olub. Onun Londondan Mançesterə qatarla gəldiyi ortaya çıxıb.

Aytən Novruzova / Metbuat.az