ABŞ lideri Donald Tramp ilk səfərini Səudiyyə Ərəbistanına edib. Bu işgüzar səfərin ardınca Amerika prezidneti İsrail, Fələstin və Vatikana yollanıb. Tramp daha sonra Brüsseldə NATO sammitində iştirak etməyi və Sicilliyada “Böyük yeddilik” ölkələrinin liderləri ilə görüşməyi planlaşdırır.
“Trampın Səudiyyə Ərəbistanla başlayan turnesi kifayət qədər düşünülmüş səfərdir”.
Bu sözləri Metbuat.az-a açıqlaması zamanı siyasi şərhçi Mübariz Əhmədoğlu bildirib.
Onun sözlərinə görə, Trampın komandasının xarici turneni bu cür təşkil etməkdə məqsədi ABŞ-ın dünya lideri rolunda olduğunu təqdiq etmək idi:
“Bu səfər də onu göstərdi ki, ABŞ dünyanın lideridir. Tramp Səudiyyə Ərəbistanında olarkən çox vacib layihələrə imza atıldı. İmzalanan müqavilələrin ümumi məbləği təxminən 350-380 milyard dollar civarındadır. Dünya tarixi bu vaxta qədər hansısa səfər zamanı 350 milyard dollarlıq müqavilə imzalanmaslnl görməyib.

Anti-İran bəyanatları...
Tramp Səudiyyə Ərəbistanında olarkən, anti-İran bəyanatları verdi. Əslində, ondan daha sərt bəyanat gözlənilirdi. Fikrimcə, Tramp son anda bu bəyanatlarının ritorikasını nisbətən yumuşaltdı. Amma çox vacib məsələ, Tramp Səudiyyə Ərəbistanında olarkən İslam dövlətləri ilə birlikdə konfrans keçirməsidir. Tramp əslində o çıxışlar ilə İslam dünyasında yeni bir imic yaratmağı qarşısına məqsəd qoymuşdu. O, qərb dünyasına mesaj verdi ki, bütün dünya İslam dövlətləri ilə birləşib terrorizmin qarşısını ala bilər. Hesab edirəm ki, səfərdə əsas mahiyyət budur”.
Xəyalə Məmmədova / METBUAT.AZ