Somalinin paytaxtı Maqadişuda terror aktı baş verib.
Metbuat.az xəbər verir ki, bomba partlaması nəticəsində 5 nəfər ölüb, 6 nəfər yaralanıb. Yaralıların vəziyyətinin ağır olduğu deyilir.
Terrorçuların hədəf olaraq seçdiyi restoran Maqadişu Beynəlxalq Hava Limanına yaxın ərazidə yerləşir.
Aytən Novruzova / Metbuat.az