Ötən ilin 11 ayında Azərbaycandan Qazaxıstana 12 min tona yaxın şəkər ixrac edilib

10:07 8 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 08 Yanvar 2015 10:01 ]


Bakı. Musa Əhmədov - APA-Economics. 2014-cü ilin yanvar-noyabr aylarında Azərbaycan Qazaxıstana 11 968 ton şəkər ixrac edib.

 

APA-Economics”in Qazaxıstan Maliyyə Nazirliyinin Gömrük İdarəsinə istinadən verdiyi məlumata görə, 2013-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə ötən ilin 11 ayında Qazaxıstanın Azərbaycandan idxal etdiyi şəkərin həcmi 44,8% artıb.

 

Hesabat dövründə Qazaxıstanın xaricdən idxal etdiyi şəkərin 3,1%-i Azərbaycanın payına düşüb.

 

Qeyd edək ki, ötən ilin 11 ayında Qazaxıstan xaricdən 385,9 min ton şəkər idxal edib. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368356

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR