Əfqanıstanın paytaxtı Kabildə, Almaniya səfirliyinin qarşısında yerli vaxtla saat 08.25-də bomba partlayıb.

Metbuat.az xəbər verir ki, su çəninə yerləşdirilən bombanın partlaması nəticəsində 80 nəfər ölüb, 350-si isə yaralanıb.

Ölənlər arasında Əfqanıstan təhlükəsizlik xidmətinin əməkdaşları, yaralananlar arasında isə Almaniya səfirliyinin nümayəndələri var.

Partlayış nəticəsində Fransa və Hindistan səfirliklərinin binalarına, eləcə də ətrafdakı evlərə ciddi ziyan dəyib.

Qeyd edək ki, "Taliban"ın son, ən böyük hücumu bu ilin martında xəstəxanaya olmuşdu. Hücum nəticəsində qətliam törədilmişdi.

Aytən Novruzova / Metbuat.az