Latviyanın paytaxtı Riqada "Rusiya və Qərbin münasibətlərində böhran böyüyür. Ekspert birliyi necə kömək edə bilər?" mövzusunda keçirilmiş beynəlxalq konfrans zamanı "Baku Network" eskpert şurası və Avropanın nüfuzlu "Baltic Forum" ekspert platforması arasında tərəfdaşlıq barədə saziş imzalanıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, sazişi "Baku Network" ekspert şurasının direktoru, fəlsəfə doktoru Elxan Ələsgərov və "Baltic Forum"un direktoru Aleksandr Vasilyevs imzalayıb.
İmzalanma mərasimində "Baltic Forum"un prezidenti, Latviya Seyminin deputatı Yanis Urbanoviç və "Baku Network"un direktor müavini Gülnarə Məmmədzadə iştirak edib.
http://bakunetwork.com
https://twitter.com/BakuNetwork
https://www.facebook.com/BakuNetwork
https://www.youtube.com/channel/UCp5ic7mhc6rZF6w0TQWqtmg
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində