Milli komandaların FİFA reytinqində dəyişikliklər olub. Fanat.Az xəbər verir ki, Azərbaycan sıçrayışla diqqət çəkib.


Təmsilçimizin qazandığı 53 əmsal 11 pilləlik irəliləyişə kifayət edib. Oyun keçirməyən millimiz planetin ən çox irəliləyən 3 yığmasından biridi..

Milli futbol matçları sarıdan kasad olan may ayında (ümumilikdə 7 yoldaşlıq oyunu keçirilib) ölkəmiz Yeni Zelandiya (19 pillə) və Madaqaskarın (16) ardından 3-cü nəticəni göstərib. Azərbaycanın 439 xalı var.



... 74 (78). Keniya – 463

75 (75). Birləşmiş Ərəb Əmirlikləri - 450

76 (87). Azərbaycan – 439

77 (80). Suriya – 436

77 (76). Trinidad Tobaqo – 436...


Fanat.Az