Bakı. Trend:

Efiopiyada bütün ölkə üzrə internetə çıxış bloklanıb.

Trend-in məlumatına görə, bu barədə hökümət sözçüsü Məhəmməd Seid Reuters agentliyinə bildirib.

Onun sözlərinə görə, məqsəd dövlət imtahanı suallarının kənara sızmasının qarşısını almaqdır.

2016-ci ildə dövlət qəbul imtahanlarının sualları internetdə yayıldığına görə, ölkənin sosial media şəbəkələrinə çıxış qapadılmışdı.