"Qalatasaray"ın almaniyalı futbolçusu Lukas Podolski sevimli klubundan fərqli şəkildə ayrılıb.

Metbuat.az xəbər verir ki, stadionun otlarını öpərək, "Qalatasaray"a vida edən 31 yaşlı futbolçu karyerasını Yaponiyanın "Vissel Kobe" klubunda davam etdirəcək.

Lukas Podolski "Qalatasaray"-da çox gözəl günlər keçirdiyini bildirib:

“İstanbul çox böyük şəhərdir. Hər yerini bəyəndim. 10 il sonra nə olacaqsa, bilmirəm. 5 yaşımdan futbol oynayıram. Ailəmə daha çox vaxt ayıracam. Burada keçirdiyim 2 il çox mənalı oldu. Bura gəlməyimlə doğru addımı atmışam. Yaponiyadan sonra karyeramı bitirəcəm”.

Aytən Novruzova / Metbuat.az

Sevimli komandasına fərqli şəkildə əlvida dedi...