2013-cü ildə doğulan qızın ağzı yoxdur - FOTOLAR

2013-cü ildə doğulan qızın ağzı yoxdur - FOTOLAR
10:58 4 İyun 2017
Ölkə mətbuatı
A- A+

Rusiyada baş verən hadisə dünyanı şoka salıb. Dünyaya gələn körpənin görünüşü həkimlərlə yanaşı, valideynlərini də qorxuya salıb.

Publika.az xəbər verir ki, Darina Şpenqler adlı qız 18 iyun 2013-cü ildə dünyaya gəlib. Uşaq tibbdə nadir rast gəlinən Naqera sindromu (alt çənə sümüyü xəstəliyi) ilə doğulub.

Gendə qeyri-adi mutasiya səbəbilə uşağın ağız boşluğunda normadan böyük yarıq var. Demək olar ki, uşağın dodağı və çənəsi yoxdur.

Uşağın anası 46 yaşlı Elena Şpenqler deyir ki, həkimlər hamiləlik dövründə hər şeyin normal olduğunu deyirdilər. Uşağın inkişafında heç bir problem olmayıb.

Uşağın vəziyyətini görən insanlar polisə ailənin uşaqlarını döyüb, işgəncə etdiyi haqqında şikayət edib. 46 yaşlı ana və 48 yaşlı ata uşağın anadangəlmə xəstə doğulduğunu izah etdikdən sonra haqqlarında olan ittiham geri götürülüb.

Ailənin daha əvvəl dünyaya gələn uşaqları tamamilə sağlam olub. Lakin Darinanın vəziyyəti hər kəsi şoka salıb.

Ailə uşağın sağlamlığına qovuşması üçün aksiyaya başlayıb.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/saghlamliq/200812.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR