Sürücülərin nəzərinə: Bakının mərkəzinə gələn yol bağlanacaq

Sürücülərin nəzərinə: Bakının mərkəzinə gələn yol bağlanacaq
13:09 4 İyun 2017
69 Digər
Ölkə mətbuatı
A- A+

Bakının mərkəzi ilə qəsəbələri birləşdirən əsas yollardan birində təmir işlərinə başlanılır. "Azəravtoyol" ASC-dən Lent.az-a bildirilib ki, aparılan təmir işləri ilə əlaqədar bu gündən etibarən Xırdalan-Binəqədi-Balaxanı avtomobil yolunun Zabrat-Maştağa yolu ilə kəsişməsindən Balaxanı qəsəbəsinə qədər olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları xahiş olunur və alternativ yollardan istifadə etmələri tövsiyə olunur.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/276139

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR