İyunun 4-də axşam saatlarında Gəncədə bıçaqlanma olub.
Milli.Az APA-ya istinadən xəbər verir ki, Məhsəti qəsəbə sakini, 1993-cü il təvəllüdlü Rzayev Emin Habil oğlu qarının kəsilmiş deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib. O dərhal əməliyyat olunub. Vəziyyətinin orta ağır olduğu bildirilir. E.Rzayev bir neçə şəxs tərəfindən döyülərək bıçaqlandığını bildirib.
Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Milli.Az