Sahil bağında gənci qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Sahil bağında gənci qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb
10:58 8 Yanvar 2015
132 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 8 yanvar /Trend, müxbir İlkin İzzət/

Bakının Sahil bağında gənci qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Səbail rayon Prokurorluğundan Trend-ə bildiriblər ki, polis və prokurorluq orqanlarının əməkdaşlarının birgə həyata keçirdikləri zəruri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhərində yaşayan Elçin Çobanov saxlanılaraq istintaqa təhvil verilib.

Qeyd edək ki, yanvarın 6-da paytaxtın Səbail rayonunda yerləşən Sahil bağında naməlum şəxs tərəfindən Bakı şəhər sakinləri Həsən Həsənova və Orxan Məmmədzadəyə bıçaqla çoxsaylı xəsarətlər yetirilib. Nəticədə H.Həsənov hadisə yerində ölüb, O.Məmmədzadə isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) cinayət işi başlanıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2350898.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR