Analitik: "Qətər Vyana anlaşmasının taleyini həll edəcək ölkə deyil"

Analitik: "Qətər Vyana anlaşmasının taleyini həll edəcək ölkə deyil"
16:12 5 İyun 2017
98 Digər
Ölkə mətbuatı
A- A+

Bakı. 5 iyun. REPORT.AZ/ Qətərlə bağlı ətrafında yaranan diplomatik qalmaqal, neft hasilatının azaldılması ilə bağlı 25 may Vyana anlaşmasına təsir etməməlidir. 
"Report" RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya "Sberbank"ının analitiki Valeriy Nesterov proqnoz açıqlamasını verib.
"Vyana anlaşmasında onsuz da bu günədək bir-birinə "dost" olmayan ölkələr iştirak edib. OPEC daxilində isə hər zaman siyasi ziddiyətlər olub. Bu, bəzən kəskin hal da alıb", - V.Nesterov bildirib. Buna baxmayaraq, istər Qətər, istərsə də Səudiyyə Ərəbistanı və Bəhreynin yüksək neft qiymətlərinə ehtiyacı var.
Analitikin fikrincə, Qətər əsasən maye qaz ixracatçısıdır: "O, neft ölkəsi kimi bazarda önəmli rol oynamır. Buna görə də, hətta Qətər Vyana anlaşmasının şərtlərinə əməl etməsə, qorxulu bir şey baş verməyəcək. Amma mən yenə də bu varianta da inanmıram. Qətər Vyana anlaşmasının taleyini həll edəcək ölkə deyil".
Xatırladaq ki, səhər saatlarında 1,3%-ə yaxın yüksələrək 48,3 dollar/barelə çatan "Brent" markalı neftin qiyməti hazırda 47,70 dollar/barelə enib. 

Xəbərin orijinal ünvanı: https://report.az/analitika/analitik-qeter-vyana-anlasmasinin-taleyini-hell-edecek-olke-deyil

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR