Azərbaycan vətəndaşları Türkiyədə 6 mln. manatlıq alver ediblər

Azərbaycan vətəndaşları Türkiyədə 6 mln. manatlıq alver ediblər
20:32 5 İyun 2017
Ölkə mətbuatı
A- A+

Bakı. 5 iyun. REPORT.AZ/ Bu ilin ötən dövrü ərzində Türkiyədə ən çox alver edən şəxslər sırasında Azərbaycan vətəndaşları da var. 
“Report”un Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, bu barədə “Global Blue Türkiye”nin baş direktoru Selim Şeyhun deyib.
Onun sözlərinə görə, azərbaycanlıların bu ölkədə apardıqları 11,8 mln. lirəlik (5 726 540 manat) alış-verişə görə ƏDV qaytarılıb. Azərbaycan siyahıda 6-cı yerdə qərarlaşıb.
Qurum rəsmisi deyib ki, siyahıya liderliyi 31,9 mln. lirə ilə (15 481 070 manat) Səudiyyə Ərəbistanı vətəndaşları edir. İkinci yerdə Küveyt, 3-cu yerdə isə İran vətəndaşları qərarlaşıb. Adıçəkilən siyahıda 4-cü Qatar, 5-ci isə Çin vətəndaşları tutub.

Xəbərin orijinal ünvanı: https://report.az/biznes/azerbaycan-vetendaslari-turkiyede-6-mln-manatliq-alver-edibler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR