x
Loading...

"Eurovision"a 20,4 milyon xərcləndi

"Eurovision"a 20,4 milyon xərcləndi
20:32 5 İyun 2017
61 Dünya
Ölkə mətbuatı
A- A+

"Ukrayna "Eurovision" mahnı müsabiqəsinə ümumilikdə 20,4 milyon avro vəsait xərcləyib".
 
Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu ölkənin İctimai Televiziyasının baş direktor müavini Pavel Qritsak bildirib. 
 
O, 5 milyon 139 min 433 dollar vəsaitə qənaət olunduğu deyib. P. Qritsak digər ölkələrin analoji yarışmaya sərf etdikləri vəsaiti bu ilki büdcə ilə müqayisə etməyi də unutmayıb. Onun sözlərinə görə, ötən il İsveç yarışmaya 23, Avstraliya 38,2, Danimarka 49 milyon avro pul sərf edib. Bu da son illərə nəzər salanda, yarışmaya xərclənilən ən az büdcədir. 
 
Baş direktor müavini yarışma zamanı 64 min bilet satıldığını və bundan ümumilikdə 2 milyon 445 min 702 dollar qazandıqlarını da açıqlayıb. 
 
Qeyd edək ki, Kiyevdə keçirilən "Eurovision 2017" yarışmasının qalibi Portuqaliya təmsilçisi Salvador Sobral olub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/551504.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR