DGK əməkdaşları sərhəddən qaçaqmal keçirənləri yaxalayıb

DGK əməkdaşları sərhəddən qaçaqmal keçirənləri yaxalayıb
11:14 6 İyun 2017
45 Digər
Ölkə mətbuatı
A- A+

 

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Mersedes Benz" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

 

Dövlət Gömrük Komitəsindən ( DGK) Lent.az-a verilən məlumata görə, yoxlama zamanı avtomobilin ön oturacaqlarının içindən gömrük nəzarətindən gizlədilən 2 ədəd "Samsung Galaxy Grand prime" 2 ədəd "Samsung Galaxy J5 prime" və 2 ədəd "Samsung Grand J3 " markalı mobil telefonar aşkar edilib.

 

Bundan başqa, Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşının təqdim etdiyi əl yüklərinə baxış keçirilib.

Baxış zamanı əl yüklərinə daxil çantanın içərisində, gömrük nəzarətinə bəyan olunmayan, hər birində 10 həb olmaqla 10 konvalyut - üzərində "T-Doll Tramadol Hydrochloride BP 200 mg Tablets" sözləri yazılmış tramadol adlı dərman preparatı, həmçinin üzərində "baklofen 50 tabletok..." sözləri olan 1 ədəd dərman qutusunda, bir qəbildən olan malları digər şəklə salaraq gömrük nəzarətindən gizlədilmiş, yəni təqdim olunan qutunun üzərində "baklofen 50 tabletok..." göstəricisi olduğu halda 10 ədəd tramadol adlı həb aşkar edilib. Bundan başqa, çantanın astarının altından isə 20 ədəd metadon adlı həb aşkara çıxarılıb.

Aşkar olunan 100 ədəd həbdə tramadolun təsir maddəsinin ümumi miqdarı 20 qram, 10 ədəd həbdə tramadolun təsir maddəsinin ümumi miqdarı 1,5 qram, 20 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,8 qram təşkil edir.

 

Xatırladaq ki, tramadol "Güclü təsir edən maddələr və onların külli miqdarının Siyahısı"na, metadon isə "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II Siyahısına daxildir.

 

Hər iki faktla bağlı araşdırmalar aparılır.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/276279

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR