Mosulda DƏHŞƏT: İŞİD 163 nəfəri güllələdi

Mosulda DƏHŞƏT: İŞİD 163 nəfəri güllələdi
16:09 6 İyun 2017
64 Digər
Ölkə mətbuatı
A- A+

 

İŞİD terror qruplaşması İraqın Mosul şəhərində 163 dinc sakini güllələyib.

 

APA-nın “lenta.ru”ya istinadən verdiyi xəbərə görə, bunu BMT-nin İnsan haqları üzrə ali komissarı Zeyd Rəəd-əl Hüseyn deyib.

 

“Mənim əməkdaşlarımın verdiyi məlumata görə, kişi, qadın və uşaqların meyitləri Mosulun qərbindəki Əl-Şirə kvartalının küçələrindədir. İŞİD üzvləri şəhərdən qaçmaq istəyən insanları öldürüb", - deyə o, söyləyib.

 

İnsanların kütləvi güllələnməsi iyunun 1-də baş verib. Mosulun İŞİD terrorçularından azad olunmasına dair əməliyyat ötən ilin oktyabrında başlayıb. Bu ilin fevralında əməliyyat fəal mərhələyə keçib. Hökumət qüvvələri şəhərin şərq hissəsində nəzarəti ələ ala bilib. Mosulun qərbindəki kvartallarda döyüşlər indiyədək davam edir. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/276317

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR