"Report" Birjaya istinadən xəbər verir ki, renkinqə 2,072 mlrd. manatlıq göstəricisi ilə "Unicapital İnvestisiya Şirkəti" ASC başçılıq edir. Növbəti yerlərdə 859,4 mln. manatla "İnvest-Az İnvestisiya Şirkəti" QSC, 794,6 mln.manatla “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC, 563,7 mln. manatla "AzFinance İnvestisiya Şirkəti" QSC, 98,5 mln. manatla "PSG Kapital İnvestisiya Şirkəti" QSC, 42,9 mln. manatla isə "Kapital Menecment İnvestisiya Şirkəti" ASC qərarlaşıb.
"İnvest-Az İnvestisiya Şirkəti" QSC törəmə maliyyə alətləri bazarında likvidlik təminatçısı kimi çıxış edir.