x
Loading...

Azərbaycanlı iş adamını diri-diri basdırdılar: qəbirdən qardaşına zəng etdi

Azərbaycanlı iş adamını diri-diri basdırdılar: qəbirdən qardaşına zəng etdi
21:27 6 İyun 2017
117 Ölkə
Ölkə mətbuatı
A- A+

Moskvanın Lyubertsk rayonunda azərbaycanlı iş adamı Hikmət Salayev diri-diri basdırılıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, Salayevin ortaqlarına 30 milyon rubl (təxminən 530 min dollar) borcu varmış. Aylardır vəd etsə də, borcunu qaytarmayan Hikməti şərikləri Lyubertsk rayon qəbiristanlığına görüşə çağırıblar. Borcu ala bilməyəcəklərini görən şəriklər onu diri-diri, özü də mobil telefonu ilə birgə qəbiristanlıqda basdırıblar.

Amma Salayev qardaşı İsmayıla zəng etməyə imkan tapıb. İsmayıl onlara 1 milyon 200 min rubl və özünün BMW-535 markalı avtomobilini verib. Bundan sonra borc yiyələri onun yerini qardaşına göstəriblər.

Hikmət son anda qəbirdən çıxarılıb və xəstəxanaya yerləşdirilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/551860.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR