Bakı. Könül Kamilqızı - APA. Təhsil Nazirliyi Azərbaycanda müşahidə olunan qeyri-sabit, qarlı və şaxtalı hava şəraiti məktəblərdə şagirdlərin davamiyyətinə təsiri məsələsinə münasibət bildirib.
Nazirlikdən APA-nın sorğusuna verilən cavabda qeyd olunub ki, hava şəraitinin soyuması Bakı şəhərinin ümumtəhsil məktəblərində şagirdlərin dərsə davamiyyətinə mənfi təsir etməyib və bununla bağlı heç bir dəyişiklik müəyyən olunmayıb.
Bölgələrdəki təhsil ocaqlarında şagirdlərin davamiyyəti ilə bağlı hazırda dəqiqləşdirmələr aparılır.