Bakı. 16 iyun. REPORT.AZ/ Laos Xalq Demokratik Respublikasının xarici işlər naziri Salımsay Kommasit Azərbaycana rəsmi səfər edəcək. Azərbaycan XİN-dən "Report"a verilən məlumata görə, səfər 18-20 iyun tarixlərində baş tutacaq. Səfər əsnasında nazir Salımsay Kommasitin 19 iyunda xarici işlər naziri Elmar Məmmədyarov ilə görüşəcək.