ABŞ Rusiyaya qarşı sanksiyaları genişləndirir.
Metbuat.az-ın məlumatına görə, ABŞ senatı bu barədə yeni qanun layihəsini təsdiqləyib. Layihəyə əsasən, prezident Donald Tramp Konqresin izni olmadan sanksiyaları azalda bilməyəcək.
Nyutonun üçüncü QANUNU və ölənə kimi...- Putinin “MƏXFİ MÜHARİBƏ”si
“Rusiyaya sanksiyalar hələ 2014-cü ildən tətbiq olunmağa başlayıb”.
Bu sözləri Metbuat.az-a millət vəkili, siyasi elmlər doktoru Elman Nəsirov deyib.
“Məlum olduğu kimi 2014-cü ildə Krım böhranı ilə bağlı Qərbin, ABŞ başda olmaqla sanksiyalar rejimi Rusiyaya qarşı tətbiq edilməyə başlandı. Avropa ölkələri də bu sanksiyaya qoşuldu. Avropa Şurası Parlament Assambleyası da Rusiyanın qurumda iştirakına məhdudiyyətlər qoydu. Rusiyanın iştirakını dayandırdı. Beləliklə, Rusiyaya qarşı həm siyasi müstəvidə, həm də iqtisadi və maliyyə baxımından sanksiyalar tətbiq edildi. Məlum oldu ki, ABŞ senatı Rusiyaya qarşı sanksiyaların davam etdirilməsi ilə bağlı qərar qəbul edib. Hadisələrin gedişatı onu göstərir ki, Vaşinqton-Moskva münasibətləri getdikcə daha çox “Soyuq müharibə" dövrünü xatırlatmağa başlayır. Belə olan təqdirdə Rusiya prezidenti Vladimir Putin də qeyd etdi ki, o, Qərbin bu sanksiyalarına münasibətdə adekvat addımlar atmaq məcburiyyətindədir. O, qeyd etdi ki, sanksiyalar nəticəsində əgər Rusiyaya 52 milyard dollar ziyan dəyibsə, bundan təxminən 100 milyarddan artıq ziyan isə Avropa ölkələrinə dəyib. Belə vəziyyət ona gətirib çıxara bilər ki, “Soyuq müharibə” dövründə olduğu kimi sürətlə silahlanma yarışı başlasın. Lakin belə vəziyyətdə Rusiya az xərc çəkməklə, hərbi xərcləri artırmadan, az məsrəflə daha çox prioritetə nail olmaq istəyir. Rusiya üçün əsas keyfiyyət məsələsidir.
“Məsələnin konstruktiv məcrada tənzimlənməsi daha məqsədəuyğundur
“Göründüyü kimi, artıq hər iki tərəfin davranışında bir-birinə münasibətdə əzələ nümayişi diqqəti cəlb edir. Nəzərə alsaq ki, dünyada olan bütün nüvə silahlarının 95%-i məhz bu iki dövlətin əlində cəmləşib. Qalan 5%-i isə Böyük Britaniya, Fransa, Çin, Hindistan, Pakistan və Şimali Koreyanın payına düşür. Belə olan vəziyyətdə iki nəhəng nüvə dövlətinin münasibətlərinin gərginləşməsi təbii ki, qlobal təhlükəsizlik mühiti üçün də çox ciddi təsir mənbəyinə çevrilib. Eyni zamanda dünyanı narahat edən bir çox çağırışlara qarşı daha effektli mübarizə aparmaq imkanlarını da məhdudlaşdırır. Bugünki konfrantasiya mühiti onlar arasında daha da artmaqdadır. Təbii ki, bu vəziyyət bütün dünyanı narahat edir. Çünki, təsadüflər belə nüvə müharibəsini labüd edə bilər. Ona görə də, iki nəhəng dövlət arasında yaranmış ziddiyyətlərin və gərginliklərin danışıqlar yolu ilə konstruktiv məcrada tənzimlənməsinə həmişəkindən daha böyük ehtiyac var. Vəziyyət belə gedərsə, bəşəriyyət üçün son dərəcə gərgin bir şərait yaranmış olacaq”.
ABŞ, İsrail və İngiltərənin yazdığı SSENARİ: Hədəf İran deyilmiş - 10 FAKT - FOTOLAR
Aytən Novruzova / Metbuat.az