Bu barədə "Report" Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir.
Qeyd edək ki, "Şərq Tərəfdaşlığı" ölkələrinin xarici işlər nazirlərinin görüşü bu gün Aİ-nin Xarici İşlər Şurasının himayəsi altında Lüksemburqda keçiriləcək.
Aİ və bu proqrama daxil altı ölkənin xarici işlər nazirləri noyabrın 24-də Brüsseldə keçiriləcək 5-ci "Şərq Tərəfdaşlığı" sammitinə hazırlıq məsələlərini müzakirə edəcək.
Qeyd edək ki, "Şərq Tərəfdaşlığı" proqramı Aİ-nin 6 şərq qonşusu - Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna, Moldova və Belarus ilə yaxınlaşmasına yönəlmiş təşəbbüsdür və proqram 2009-cu ildən həyata keçirilir. Onun təşəbbüskarları Polşa və İsveç olub.
Əlavə edək ki, "Şərq tərəfdaşlığı"nın 4-cü sammiti 2015-ci il mayın 21-22-də Riqada keçirilib.