Play Store

Azərbaycanlı rejissorun ekran işi amerikalıları təəccübləndirdi - VİDEO

Azərbaycanlı rejissorun ekran işi amerikalıları təəccübləndirdi - VİDEO
07:18 21 İyun 2017
Ölkə mətbuatı
A- A+

“Black Garden (Qarabağ) Company” şirkəti ilə birgə fəaliyyət göstərən azərbaycanlı rejissor Elmar Bayramovun ekran işi amerikalıları təəccübləndirib.

Publika.az xəbər verir ki, bundan sonrakı fəaliyyətini ABŞ-da davam etdirən rejissor hazırladığı növbəti layihəsini təqdim edib. Onun sözlərinə görə, narkotikaya qarşı mübarizə mövzusunda çəkdiyi layihəni “BroBart production” sifariş verib:

“Video Amerikaya xidmət etmək mövzusunda idi, mən isə onu dünyaya xidmət kimi təqdim etdim. Çünki narkotik təkcə Amerikanın deyil, bütün dünyanın mübarizə apardığı problemdir. Nəzərinizə çatdırım ki, layihə həm də Atlanta İncəsənət Universitetinin kinomatoqrafiya fakültəsində magistr üzrə təhsil alan tələbələrin könüllü proyektidir”.

E.Bayramov onu da əlavə edib ki, qısametrajlı film Amerikada narkotiklə mübarizə təşkilatları tərəfindən də bəyənilib və video gələcəkdə onların tədbirlərində nümayiş olunacaq:

“Ekran işində heç bir narkotik vasitə və ondan istifadə formalarını göstərmədən onun insan həyatı üçün nə qədər zərərli olduğunu göstərməyə çalışmışıq. Çünki hesab edirəm ki, zərərli maddələri göstərməyin özü də təbliğatın bir növüdür. Bu səbəbdən də onlara reklamda yer vermədik, əvəzində mənfi təsirlərini təqdim etmişik. Problemə fərqli yanaşma tərzi təşkilat rəhbərlərinin də xoşuna gəldi”.

Qeyd edək ki, Elmar Bayramov bu ilin aprel ayında Bakıda “Don Marleone” filmi ilə gündəmə gəlmişdi.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin1/203366.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR