Ancelina Colinin seksual zorakılıqla bağlı təsirli çıxışı - FOTO

Ancelina Colinin seksual zorakılıqla bağlı təsirli çıxışı - FOTO
09:43 21 İyun 2017
60 Şou
Ölkə mətbuatı
A- A+

Dünən iyunun 20-də, BMT Baş Assambleyası tərəfindən elan edilmiş Ümumdünya Qaçqınlar günündə Ancelina Coli Keniyaya səfər edib.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, 2012-ci ildə BMT-nin qaçqın işləri üzrə Ali komissarının xüsusi elçisi təyin olunan aktrisa zorakılıq probleminə diqqəti cəlb etmək üçün Afrika dövlətini ziyarət edib.

42 yaşlı Hollivud ulduzu Nayrobi şəhərində keçirilən rəsmi tədbirdə hərbi münaqişələr zamanı seksual zorakılığın qarşısının alınmasına həsr olunmuş nitqlə çıxış edib:

Ancelina bildirib ki, insanları qorumağa and içən hərbiçilərin seksual zorakılıq etməsi problemi daha da dərinləşdirir:

"Bu səbəbdən hərbiçilər çiyinlərində məsuliyyəti olduğunu unutmamalı və üzərinə götürdüyü öhdəliklərə qarşı hörmət nümunəsi olmalıdır”.

Coli Keniyada haqqında danışdığı problemlə birinci il deyil ki, məşğul olur. Populyar kino ulduzu 2012-ci ildə seksual zorakılığın (Preventing Sexual Violence Initiative (PSVI) ) qarşısının alınması üzrə fondun yaradılmasında iştirak edib.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/magazin2/203387.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR