Leysan və dolu - SABAH

Leysan və dolu - SABAH
11:59 21 İyun 2017
173 Digər
Ölkə mətbuatı
A- A+

 

İyunun 22-də Bakıda və Abşeron yarımadasında havanın tutulub açılacağı, səhər və gündüz bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, havanın temperaturu gecə 18-20°, gündüz 22-25°, Bakıda gecə 18-20°, gündüz 23-25° isti olacağı gözlənilir.

 

 

Azərbaycanın rayonlarında isə sabah şimşək çaxacaq, arabir yağış yağacaq, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturu gecə 15-20°, gündüz 23-28°, dağlarda gecə 8-13°, gündüz 15-20° isti olacağı gözlənilir.

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/277487

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR