Rumıniya "Astra"sının çalışdırıcısı Eduard Yordanesku ölkəsinin mətbuatına danışıb. Fanat.Az xəbər verir ki, mütəxəssis Avroliqanın 2-ci təsnifat mərhələsində üz-üzə gələ biləcəkləri "Zirə"dən danışıb.
O, AL-in 1-ci təsnifat mərhələsində münasibətlərinə aydınlıq gətirəcək "Zirə" - "Differdanj" cütü haqda belə deyib: "Həm Lüksemburq təmsilçisi, həm də Azərbaycan komandası güclü rəqiblərdi. Avroliqaya zəiflər qatılmır. "Zirə"nin bu turnirdə debütant olması heç nəyi dəyişmir. Təbii ki, uğur qazanmaq üçün bacardığını edəcək. Onu deyə bilərəm ki, bu cütün qalibiylə oyunlarımız asan alınmayacaq".
Fanat.Az