NATO-nun F-16 qırıcısı Baltik dənizinin neytral sularının üzərində Rusiya müdafiə naziri Sergey Şoyqunun təyyarəsinə yaxınlaşmağa çalışıb.
Publika.az xəbər verir ki, bu haqda “RİA-Novosti” agentliyi bildirib.
Məlumata görə, NATO təyyarələri Kalininqrada uçan Şoyqunun təyyarəsini müşayiət etmək istəyirdi. Rusiyalı nazir Su-27-lərdən ibarət dəniz aviasiyasının qırıcılarının mühafizə dəstəsi ilə uçurdu.
NATO-nun F-16 qırıcılarından biri Rusiya müdafiə nazirinin olduğu təyyarəyə yaxınlaşıb. Su-27 manevr edərək qanadlarındakı silahları NATO qırıcısına “göstərib”. Bundan sonra F-16 geri çəkilib.
Ömər Dağlı